Neftçi” hücumçu transferini reallaşdırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, slovakiyalı Lyubomir Tupta ilə 2+1 illik müqavilə bağlanıb.
28 yaşlı forvard 29 nömrəli formanı geyinəcək.
Hər iki cinahda vinger kimi də oynaya bilən Tupta sonuncu klubu AEL-də 2025/26 mövsümündə Yunanıstan çempionatında 35 matçda 8 qol, 3 assist müəllifi olub.
İtaliya, Polşa, İsveçrə və Çexiya liqalarında da çıxış etmiş Tupta 2023-cü ildə debüt etdiyi Slovakiya milli komandasının heyətində 21 oyun keçirib.














































































