

FİFA prezidenti postuna namizədlərin yekun siyahısı açıqlanıb. Sportnet.az-ın məlumatına görə, siyahıda 5 namizədin adı yer alıb.
Bunlar Şahzadə Əli ibn əl-Hüseyn, Şeyx Salman ibn-İbrahim əl-Xəlifə, Canni İnfantino, Tokio Seksvale və Jerom Şampandır.
Seçki fevralın 26-da İsveçrənin paytaxtı Sürixdə keçiriləcək. Səsvermədə FİFA-nın tərkibinə daxil olan 209 futbol federasiyası iştirak edəcək.