"İnter" çox yaxşı komandadır. Hər iki oyunda çox gözəl, məzmunlu futbol nümayiş etdirdilər. Bəlkə də azlıqda qalmasayadılar, hər şey tam fərqli olardı”.  Bu sözləri Sportnet.az-a açıqlamasında  Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "İnter”i penaltilər seriyasında məğlub edən İsveç "Elfsborq"un futbolçusu  Sebastyan Holmen deyib.  
					
Futbolçu, bu matçı qazanmaq üçün bütün güclərini sərf etdiklərini bildirib: "Oyun həddindən artıq ağır və çox da maraqlı keçdi. Mənə elə gəlir ki, belə oyunu izləmək azarkeşlərə də, biz futbolçulara da həm xoş , həm də gərgin hisslər yaşatdı. Şadam ki, sevinən tərəf biz olduq. Oyun penaltilərə qaldığı üçün hər bir futbolçuda həyəcan vardı. Eləcə də məndə. Sonuncu zərbəni də mən vurduğum üçün daha gərgin idim. Lakin qol olanda sevincimin həddi yox idi”.
					
Qeyd edək ki, III təsnifat mərhələsinə adlayan "Elfsborq” un rəqibi İslandiyanın "Hafnarfyordur" komandası olacaq.