1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Miçel: "Qorxu və qara siyahı anlamıram"
Qarabağın futbolçusu Miçel, Azərbaycan Premyer liqasının VI turunda "Sumqayıt" üzərində 4-1 qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az xəbər verir ki, ispaniyalı yarım müdafiəçi oyun haqqında fikirlərini bölüşüb: "Təbbi ki, Roma ilə oyun öncəsi vacib qələbə qazandıq. İlk hissədə oyunumuz alınmasada, istənilən halda qələbə qazandıq. Öz oyunumla bağlı onu deyə bilərəm ki, mənə elə gəlir öhdəsindən gələ bildim. Nəzərə almaq lazımdır ki, rəqib komanda da futbol oynayır. Ona görə də əsas olan 3 xalı qazanmaqdır."
-Qırmızı kart alıb oyundan kənarlaşdırılarkən Qurban Qurabovun sərt reaksiyası ilə üzləşdiz. Paltar dəyişmə otağında sizə bir söz demədi?
-Mənə elə gəlir ki, heç nə demədi, amma nə olacaqsa bu bizim aramızda olan məsələdir. Bəzən belə hallar olur.
-Qorxmursuz ki, bu hərəkətlə baş məşqçinin qara siyahısına düşə bilərsiz?
Mənə elə gəlir ki, futbolda belə hallar olur və üzərində işləmək lazımdır.
-"Roma" ilə oyundan nə gözləmək olar, "Çelsi" ilə oyundakı həyəcan olacaq?
-Yox inanmıram, ümid edirəm ki, həyəcan olmayacaq. Doğma meydanda, azarkeşlərimiz önündə daha istəkli olacayıq və fərqli oyun göstərəcəyik.