Simon Kristensen və Laura Smulderz 3 Milli Kuboku yarışında ilk yerləri tutub. Sportnet.az-ın məlumatına görə, BMX velosiped idmanı üzrə danimarkalı Simon Kristensen və holland Laura Smulderz Bakı 2015-ə qoşulmaq üçün 3 Milli Kuboku uğrunda yarışda qarşı-qarşıya gəliblər.
21 yaşlı Kristensen Hollandiyanın Baarn şəhərində keçirilmiş yarışda birinci yerə çıxıb və kuboka sahib olub. Smulderz isə ikinci yerlə kifayətlənməli olub.
3 Milli Kuboku yarışında iştirak edən digər idmançılar da Bakı 2015-ə qatılacaq. Belə ki, onlardan belçikalı Elk Vanhuf 4-cü yerdə, holland Merl van Benzem isə 6-cı yerdə qərarlaşıb.
Holland velosipedçi Raymon van der Bizen kişilər arasında mübarizənin qalibi olub. Onun həmyerlisi Jelli van Qorkom isə yarışmanı 2-ci yerdə başa vurub.