1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bakı-2015-ə Ümumrusiya Beynəlxalq Jurnalistlər Festivalından dəvət
Bakı 2015 Avropa Oyunları Ümumrusiya Beynəlxalq Jurnalistlər Festivalında gələn yayın ilk Avropa Oyunları haqqında ətraflı təqdimat keçirəcək. Sportnet.az-ın məlumatına görə, bir həftə davam edəcək nüfuzlu görüş Rusiya Federasiyasının bu ilin əvvəlində Qış Olimpiya və Parolimpiya Oyunlarına uğurla ev sahibliyi etmiş Soçi şəhərində keçirilir.
Bakı 2015-in Korporativ direktoru cənab Elçin Səfərov Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən qazanılmış son uğurları və Azərbaycanın idman nailiyyətlərini müzakirə etmək üçün Soçi şəhərinə gedən nümayəndə heyətinə rəhbərlik edəcək.
Cənab Səfərov demişdir: "Biz Ümumrusiya Beynəlxalq Jurnalistlər Festivalına dəvət olunmaqdan qürur duyur və tədbiri səbirsizliklə gözləyirik. Bu, qonşu ölkənin Bakı 2015 Avropa Oyunları üçün planların nə dərəcədə inkişaf etdiyini və artıq qitədə maraq və stimulun necə yaranmasını başa düşməsinə kömək etmək üçün əhəmiyyətli fürsətdir.”
"Bizim təqdimatımız və mühazirəmizdə əsas diqqət ilk Avropa Oyunlarının 20 idman növü üçün innovativ planlar və bu vaxta qədər işlərimizə necə nail olduğumuza cəmləşəcək. Mən bu təklifə görə Rusiya Jurnalistlər İttifaqının rəhbəri cənab Vsevolod Boqdanova təşəkkür edirəm.”
Rusiya Jurnalistlər İttifaqı tərəfindən təşkil olunan Ümumrusiya Beynəlxalq Jurnalistlər Festivalı artıq 18 ildir ki, keçirilir və bu festivalda 1000-dən çox nüfuzlu media nümayəndələri iştirak edəcəklər.
Digər iştirakçıların sırasına Birləşmiş Millətlər Təşkilatının üzvləri, YUNESKO nümayəndələri, müxtəlif beynəlxalq jurnalist təşkilatlarının və Avropa media qurumlarının rəhbərləri daxildir.