Mən həm Serbiya Super Liqasındakı "Borça"da 2011-ci ildə qısa müddət baş məşqçi olmuşam, həm də Albaniyanın "Bilis" və "Kukesi" komandalarına rəhbərlik etmişəm. "Bilis"lə 2012-2013-cü il mövsümündə Albaniya Kubokunun finalında qarşılaşmışıq.
Yəni, bu iki ölkənin insanını, insani və idman əlaqələrini çox yaxından tanıyan biriyəm. Üstəlik, özüm də Kosovo türkü olduğumdan, bütün prosesləri yaxından izləyirəm.
Nə yazıq ki, siyasət idmana bulaşıb. Bunun da nəticəsində Serbiya və Albaniya arasındakı futbol matçında baş verənlər və bu cür olaylar dünyada sülhün təmin olunması üçün heç də yaxşı nələrsə vəd etmir. Bu matçdan əvvəl Albaniya azarkeşlərinin Belqrada gəlmələrinə serblər qadağa qoydular. Bu da albanları çox əsəbiləşdirdi. Çünki, açıq danışsaq, Albaniyada yaşayan albanlarla serblərin tarix boyunca ciddi problemi olmayıb. Ancaq Kosovodakı albanların serblərlə problemi vardı.
Keçmiş Yuqoslaviya da Kosovo Serbiyaya bağlı olan muxtariyyət idi. Ancaq Yuqoslaviya dövləti dağıldıqdan sonra Kosovo Serbiyadan ayrıldı və müstəqilliyini elan etdi. Buna serblər çox etiraz etdilər və hələ də Kosovonun Serbiya torpağı olduğunu iddia edirlər.
Ola bilsin, oyunda baş verənlər Albaniya azarkeşlərinin yox, Kosovo albanlarının təxribatıdır. Yəni, uzaqdan pultla idarə olunan kiçik helikopterlə matç vaxtı albanların "Böyük Albaniya"nı simvolizə edən bayrağını stadiona endirdilər. Bununla da "Siz bizim azarkeşlərimizi stadiona buraxmaq istəmədiniz, biz də sizə qarşı belə hərəkət edəcəyik" deyə təxribatçı davrandılar.
Belə bir siyasi addımı idmana bulaşdırmaq və yaymaq mümkün deyil. Lakin bayraq stadiona endirilərkən də serbiyalı futbolçuların Albaniya bayrağını ələ keçirərək, ona zərər vermək istəmələri də məncə, yanlış olaydır. Bunu idmançılara yaraşmayan davranış kimi də qəbul etmək olar. Bu hərəkəti görən albanlar refleks olaraq öz bayraqlarını qorumağa qalxdılar. Nəticədə ara qarışdı. Stadiona tribunalardan bəzi serbiyalı azarkeşlər də girincə, referi oyunu təxirə saldı. İndi işə UEFA İntizam Komitəsində baxılacaq.
İdman dünyada sülh üçündürsə, hər kəs daha çox sakit ve sağlam düşüncəli olmalıdır. İdmana siyasəti bulaşdırmaq icazəsi heç kimə əsla verilməməlidir. Məncə, UEFA da böyük səhvlərə yol verir. Püşk vaxtı səbətlərin tərkibini müəyyənləşdirərkən, ölkələr arasındakı siyasi əlaqələri də nəzərə almaq lazımdır. Yəni iki ölkə arasında hər hansı siyasi anlaşmazlıq varsa, onlar eyni qrupa salınmamalıdırlar. Ümidvaram ki, belə səhvlərdən UEFA da dərs çıxarıb.
Sevgi və sayqılarımla...
Naci ŞENSOY
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |