Portuqaliya “Benfika”sı ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda qarşılaşacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib.
Sportnet.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Yevgeni Kukseviç Lissabon səfərinə 2-si qapıçı olmaqla ümumilikdə 13 futzalçı aparıb.
Qapıçılar: 1. Emin Kürdov, 12. Rövşən Hüseynli
Oyunçular: 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 10. Jean Perruzo, 21. Filipinyo, 98. Karlos Bertuola, 49. Valerio Giovanny, 3. Qüdrət Qasımzadə, 29. Luicci Longo, (q), 9. Alleks Rezende, 15. Aleks Teixeira
Qeyd edək ki, dekabrın 5-də Lissabondakı “Pavilhao Fidelidade” keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq. Oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Bakıdakı ilk matçda "Benfika" 9:0 hesablı qələbə qazanıb.






































































