1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AVRO-2020-nin formatı dəyişdirildi
2020-ci il Avropa çempionatının seçmə matçları 2019-cu ilin martından noyabrınadək keçiriləcək. Sportnet.az-ın məlumatına görə, bu barədə UEFA İcraiyyə Komitəsinin (İK) iclasında qərar qəbul olunub.
Yeni formata əsasən, 54 yığma 5 və ya 6 komandadan ibarət olmaqla, 10 qrupa bölünəcək. Qrup qalibləri və 2-ci yeri tutanlar final mərhələsinə 20 vəsiqəyə sahib olacaqlar. Daha 4 vəsiqəni isə Millətlər Liqasının "pley-off” mərhələsinin iştirakçıları əldə edəcəklər.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi tarixdə ilk dəfə qitənin 13 şəhərində, o cümlədən, Bakıda təşkil olunacaq. Azərbaycan paytaxtında qrup mərhələsinin 3 oyunu, eləcə də ¼ final matçlarından 1-i həvalə olunub.