1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Firudin Qurbanov: "Mənə heç nə təklif olunmayıb"
"Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) yeni prezidenti olacağıma dair xəbərlərdən məlumatım yoxdur. Hər bir federasiyada hansısa dəyişiklik edilirsə, o, federasiyanın nizamnaməsinə uyğun olmalıdır". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Report"a açıqlamasında təhsil nazirinin müavini və AFFA İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov deyib.
F.Qurbanov bildirib ki, məsələ futbolla bağlı olduğundan, dəyişiklik ATFF və AFFA-nın nizamnaməsinə uyğun aparılmalıdır. Nazir müavini belə bir etimad göstəriləcəyi təqdirdə, özünü hər hansı futbol qurumunun rəhbərliyində təmsil olunmağa hazır sayıb: "Çünki futbol ən kütləvi idman növüdür. Onun inkişafı hər bir Azərbaycan vətəndaşı üçün çox önəmlidir. Yəni, bu məsələ vəzifəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşını düşündürməlidir. Amma mənə rəsmi heç nə təklif olunmayıb. Həm də bu proses yalnız təkliflə baş vermir. Hər şey qanunvericiliyə uyğun olmalıdır".
Qeyd edək ki, bir müddət əvvəl Fazil Qarayev işlərinin çoxluğu ilə əlaqədar ATFF prezidenti vəzifəsindən istefa verib.