Azərbaycanın voleybolçu qadınlardan ibarət "Lokomotiv" klubu Çempionlar Liqasının "pley-off" mərhələsində cavab görüşünü keçirib. Sportnet.az-ın məlumatına görə, Bakı komandası İsveçrədə "Volero"nun qonağı olub.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. İlk görüşdə "Lokomotiv"ə minimal fərqlə (2:3) uduzduğundan, təkrar qarşılaşmadakı nəticə "Volero"ya mərhələ adlamaq üçün yetərli olub.
Azərbaycan yığmasının sabiq voleybolçusu Natalya Məmmədovanın da heyətində yer aldığı İsveçrə komandası 1/3 finalda Türkiyə "Vakıfbank"ı ilə üz-üzə gələcək.
Çempionlar Liqası
1/6 final, cavab görüşü
23:00. "Volero" (İsveçrə) - "Lokomotiv" (Azərbaycan) - 3:1 (21:25, 25:18, 25:14, 25:19)
Hakimlər: Nurper Özbar (Türkiyə), Sanya Mikloşiç (Sloveniya)
Sürix. "Saalsporthalle".
İlk görüş - 2:3
Qeyd edək ki, daha öncə "Azəryol" CEV Kubokunda yarımfinala yüksələrək, Rusiyanın "Dinamo" (Krasnodar) komandasına rəqib olub.






































































