1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
4-cü növ, 8-ci Olimpiya çempionu
Azərbaycan Yay Olimpiya Oyunlarında 8-ci qızıl medalını qazanıb. Sportnet.az-ın məlumatına görə, buna "Rio-2016”da Radik İsayev nail olub. Sentyabrın 26-da 27 yaşı tamam olacaq dağıstanlı idmançı 80 kq çəkidən yuxarıda mübarizənin qalibi olmaqla ölkəmizə "Rio-2016"da ilk çempionluq bəxş edib.
Bununla da Azərbaycan ilk dəfə taekvondoda Olimpiya çempionluğu qazanıb. Yeri gəlmişkən, bu növdə olimpiadada ilk mükafatımız da məhz Braziliyada olub. Bu, 49 kq-da yarışan qadın taekvondoçumuz, Radik İsayevin həmyerlisi Patimat Abakarovadır. 80 kq çəkidə çıxış edən iranlı legioner Milad Beiqi Harçeqani də bürünc medalçı olub.
Ölkəmizin müstəqillik qazandıqdan sonra ilk Olimpiya çempionu Nazim Hüseynov olub. Onunla birgə idman gimnastı Valeri Belenki "Barselona-1992”də fərdi yarışda bürünc, komanda yarışında qızıl medalçı olub. Sadəcə, onlar həmin vaxt MDB yığmasının heyətində çıxış ediblər.
Azərbaycan müstəqil ölkə kimi qatıldığı yalnız ilk Olimpiadada – "Atlanta-1996”da qızıl medal qazana bilməyib. Növbəti Yay Olimpiya Oyunlarında - "Sidney-2000”də birdən-birə 2 çempionumuz olub. İlk Olimpiya çempionumuz kimi tarixə atıcı Zemfira Meftahətdinova düşüb. Ondan sonra sərbəst güləşçi Namiq Abdullayev çempion olub.
"Afina-2004”də yunan-Roma güləşçisi Fərid Mansurov, "Pekin-2008”də cüdoçu Elnur Məmmədli qızıl medalçı olub. Nəhayət, "London-2012”də iki Olimpiya çempionumuz olub. Özü də Toğrul Əsgərovla Şərif Şərifovun hər ikisi sərbəst güləşçidir.
Takevondo atıcılıq, güləş və cüdodan sonra olimpiadada Azərbaycana 4-cü qızıl medal qazandıran idman növüdür. İsayev də Şərifov kimi əslən Rusiyadan, daha dəqiq desək, Dağıstandandır və milliləşən legioner sayılır. Ancaq digər Olimpiya çempionlarımız əslən azərbaycanlıdır.
İsayev ən gənc Olimpiya çempionumuz deyil. Ən gənc kimi rekordçular 20 yaşında buna nail olan Elnur Məmmədli ilə Toğrul Əsgərovdur. Sadəcə, Əsgərov ay baxımından üstündür. Çünki Toğrul qızıl medal qazanandan 1 ay sonra 20 yaşı tamam olub. Məmmədlinin isə Olimpiya çemponu olandan 1 ay öncə 20 yaşı tamam olmuşdu. Ən yaşlı Olimpiya çempionumuz isə buna 38 yaşında nail olan Zemfira Meftahətdinovadır. Mansurov 22, Hüseynov, 23, Şərifov 24, Abdullayev 28 yaşında fərqlənib.
Qeyd edək ki, İsayev 2012-ci ilin sonundan Azərbaycanın şərəfini qoruyub və bunadək Rusiyada yalnız ölkə çempionatının qızıl, gümüş mükafatçısı olub. O, ölkəmizin heytində beynəlxalq uğurlara imza atıb, dünya, Avropa çempionu, "Bakı-2015" I Avropa Oyunlarının qalibi olub.
Mehman Süleymanov