 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbov Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti təyin edilib.
Sportnet.az xəbər verir ki, bununla bağlı AŞF prezidenti Elman Rüstəmov müvafiq əmr imzalayıb. S.Talıbov həm də Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədridir.









 
                 





 
     
     
     
     
     
     
     
     
     
    





















































