Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatnın beşinci yarış günündə Azərbaycan millisi daha bir medal qazanıb.
Sportnet.az xəbər verir ki, yunan-Roma güləşçisi Zaur Əliyev bürünc medala sahib olub. İstedadlı pəhləvan startda böyüklər arasında son dünya çempionu Nuqzari Tsurtsumia ilə üz-üzə gəlib. Gənc güləşçi güclü rəqibi üzərində əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib.
Növbəti görüş də gərgin mübarizə şəraitində keçib. Əliyev Qazaxıstan güləşçisi ilə qarşılaşmanın son dəqiqəsinədək 0:4 hesabıyla geridə olsa da, geridönüş edərək adını yarımfinala yazdırıb. Ancaq Rusiya güləşçisinə uduzduğu üçün o, noyabrın 2-də bürünc medal görüşünə çıxıb. Erməni güləşçi ilə prinsipial qarşılaşmadan qalib ayrılan azərbaycanlı pəhləvan dünya üçüncüsü olub.
Tuncay Vəzirzadə təsnifat mərhələsində çətinlik çəkmədən Polşa idmançısına qalib gəlib. Lakin növbəti qarşılaşmada o, Hindistan güləşçisinə məğlub olub.
Eltun Vəzirzadə ilk görüşdə Danimarka təmsilçisini üstələyib. Ancaq 1/8 finalda Vəzirzadə Türkiyə pəhləvanıyla bacarmayıb.
55 kq
1/8 final. Zaur Əliyev - Nuqzari Tsurtsumia (Gürcüstan) - 6:4
1/4 final. Zaur Əliyev - Amanqali Bekbolatov (Qazaxıstan) - 6:4
1/2 final. Zaur Əliyev - Emin Seferşayev (Rusiya) - 0:7
Bürünc medal görüşü. Zaur Əliyev - Norayr Hakoyan (Ermənistan) - 7:2
77 kq
Təsnifat. Tuncay Vəzirzadə - Pyotr Prjemislav (Polşa) - 8:1
1/8 final. Tuncay Vəzirzadə - Sayan Sayan (Hindistan) - 1:3
87 kq
Təsnifat. Eltun Vəzirzadə - Turpan Ali Bisultanov (Danimarka) - 4:2
1/8 final. Eltun Vəzirzadə - Ali Cengiz (Türkiyə) - 2:7