Avstriyanın "Red-Bull" komandasının yarışlar üzrə məsləhətçisi Helmut Marko "Formula 1"in təqvimindəki hazırkı vəziyyəti dəyərləndirib.
Sportnet.az "Motorsport Total"a istinadən xəbər verir ki, Marko koronavirus pandemiyasına görə təqvimdə yaranmış sıxlığı aradan qaldırmaq üçün bir neçə variant təklif edib.
O bildirib ki, cümə məşqləri olmadan 2 günlük uik-end yarışları keçirmək olar.
Məsləhətçi həmçinin bəzi traslarda 2 Qran-pri təşkil etməyin mümkünlüyü barədə də müzakirələrin olduğunu gizlətməyib.
Qeyd edək ki, "Formula 1"də Azərbaycan Qran-prisinə kimi bütün yarışlar təxirə salınıb. Bakıdakı yarış 5 -7 iyunda keçirilməlidir.