Almaniya yığmasının baş məşqçisi Yoahim Löv DÇ-2014-də Braziliya yığması ilə keçiriləcək yarımfinal qarşılaşmasında tərəflərin şanslarını bərabər dəyərləndirib. Sportnet.az-ın Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən məlumatına görə, təcrübəli mütəxəssis xırdalıqların həlledici olacağını vurğulayıb.
Braziliyalıların nə qədər güclü olduğunu söyləyən Löv, meydan sahiblərinin turnirin əvvəlindən mundialın favoritləri kimi qiymətləndirildiyini bildirib. O, "pentakampeonlar"ın hələ də bu statuslarını qoruduqlarını dilə gətirib: "Təzyiq Braziliya yığmasının futbolçularını iflic etmədi. Yaxşıdır ki, meydan sahibləri bu qədər irəliləyə biliblər. Ancaq biz öz gücümüzə inanırıq. Fiziki və psixoloji cəhətdən futbolçularımız özlərini əla hiss edirlər. Biz taktiki plan hazırlayacağıq və braziliyalılarla möhtəşəm döyüşəcəyik".
Löv Neymar və Tyaqo Silvanın yoxluğunun Braziliyanı ciddi şəkildə zəiflədəcəyi fikri ilə razı deyil: "Əvvəla, onu qeyd edim ki, Neymara görə çox üzülürəm. O, dahi futbolçudur. Neymarın sıradan çıxması özü, millisi və xalqı üçün olduqca kədərlidir. Ona tezliklə yaşıl meydanlara qayıtmasını arzu edirəm. Dünya çempionatında həmişə ən yaxşı futbolçularla rəqabət aparmaq istəyirsən. Düşünürəm ki, braziliyalılar itkilərini kompensasiya edə biləcəklər. Uğursuzluqlar əksər hallarda idmançılara əlavə güc gətirir".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |