
Bir qrup gənc Rusiya Futbol İttifaqının (RFS) binasına hücum edərək, prezervativ atəşinə tutub. Sportnet.az-ın "İTAR-TASS"a istinadən məlumatına görə, xuliqanlar ofisə girişi daha çox hədəfə alıblar.
Bu yolla gənclər RFS-in hazırkı prezidenti Nikolay Tolstıxın siyasətindən narazılıq ifadə ediblər. Etiraz aksiyası 5 dəqiqə çəkib. Bu müddətdə RFS rəhbərliyinə qarşı istefa çağırışları da səsləndirilib. Aksiyanın təşəbbüskarı Moskva klublarından birinin azarkeşi olub.
Qeyd edək ki, Rusiya millisi DÇ-2014-də qrup mərhələsini keçə bilməyib. Şimal qonşularımız Əlcəzair və Cənubi Koreya ilə matçlardan 1:1 hesablı heç-heçə, Belçika ilə qarşılaşmadan isə məğlubiyyətlə ayrılıb - 0:1.





































































