Bu gün Formula 1 üzrə ikiqat dünya çempionu, Avropa Qran Prisinin 3 qat qalibi McLaren Honda komandasının heyətində çıxış edən Fernando Alonso Bakıda mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, ispaniyalı pilot Formula 1-in ən yeni şəhər treki olan Bakı Şəhər Halqası və trekin özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış olduğunu bildirib.
- Burada olmaqdan böyük məmnunluq hissi keçirirəm. Avropa Qran Prisində 3 dəfə qalib gəlmişəm və sonuncu dəfə Berlində qalib olmuşam. Səfir kimi Bakıda iştirak etmək mənim üçün çox vacibdir. Azərbaycanda ilk dəfə belə yarış olacaq. Bütün həmkarlarım adından demək istəyirəm ki, burada sürətli yürüşə çıxmaqdan məmnun olacağıq. Çox zaman bu yarışları televiziya vasitəsilə izləyirsiniz. Ancaq canlı gördükdə, tam başqa hisslər keçirirsiniz. Bakıda bununla bağlı gözəl infrastruktur var. Trassla tanış olmuşam. Hər birinizə demək istərdim ki, iyunda gözəl yarışa şahidlik edəcəksəniz".
- Avropa Qran Prisində ən çox qələbə qazanan pilotsunuz. Bir çox yarışlarda çətinliklə qalib gəldiniz. 2012-ci ildə Valensiyada yarışda 11-ci sırada start götürdünüz, amma qalib gəldiniz...
- Bəli, 11-ci sırada başladım. Amma vətənimdə - İspaniyada qalib gəlmək lazım idi. Bəlkə də bu ənənədir ki, Avropa Qran Prisinin son iki dövrəsində nəsə baş verir. Ona görə də qalibin kim olması sual altındadır. Fikrimcə, Bakıda da bu hadisələr olacaq. Bazar günü xeyli sayda maşın olacaq. Bakı gözəl şəhərdir. yarışın keçiriləcəyi vaxt da çox gözəldir. İnsanlar üçün xoş ab-hava olacaq.
- Formula 1 sürücüsü kimi sizi trasın hansı hissəsi qane etdi?
- Maşınları düzgün quraşdırmaq lazımdır. Burada uzun zolaq vardır ki, sürəti maksimuma qədər artırmaq və birdən birə döngəyə keçmək lazımdır. Fikrimcə ən sürətli döngələr pilotlara problem yaradacaq. Şəhərin tarixi hissələrində yollar daralır. Yoxuşlu yollar da var ki, bu asan olmayacaq. Sürətli yol da var ki, orada 340 km/saata qədər sürətlənə bilərik.
- Bakı Qran Prisində yeni tras, yeni mühərriklə çıxış edəcəksiniz...
- Asan olmayacaq. Son iki ildə dəyişikliklər olub. Bildirilib ki, ekoloji baxımdan yeni texnologiyalar tətbiq olunmalıdır. 100-125 kq çəki artıb ki, bu da batareyaların artırılması ilə bağlıdır. Elektrik mühərriklərdən söhbət gedir ki, bunları da idarə etmək asan deyil. Pilotlar rəqabəti xoşlayır. Bizim üçün də əsas sürət və rəqaətdir. Hər birimiz bundan həzz alacağıq. Bizim üçün əsas an yarış zamanı yaşıl işığın yanmasıdır.
- Artıq yeni mövsümün test yürüşlər başlayıb. McLarenin mühərriki daha dözümlüdür. Bəs sürət baxımından necə?
- Sınaqlar son 2 həftə ərzində baş tutub. Heyətimiz son 3-4 ay ərzində böyük iş görüb. Ötən il bəzi problemləri həll etdik. Bunlar da maşının etibarlılığı ilə bağlıdır. Ancaq heyət bir sıra məsələləri təkmilləşdirib. Ən azından bilməliyik ki, mövqemiz nə olacaq. Ötən il böyük məhdudiyyətlər vardı. Bunlar da sürmə qabiliyyətini o qədər artıra bilmirdi. Bu il daha yaxşı çıxış edəcəyik. Bir neçə yarışdan sonra Bakıya sürətlə gələ biləcəyik.
- Səfir seçilməyiniz məsuliyyətinizi ikiqat artırmır?
- Hər birimiz çalışırıq ki, idmanımızı tanıdaq. Azərbaycanda ilk dəfə keçiriləcək bu yarışda vacib məsələ insanlara Formula 1-in məğzini anlatmaqdır. Zənnimcə, bu yarışı bəyənəcəklər.
- Sizin çoxlu fanatınız var. Kumiriniz kimdir?
- Uşaqlıqdan futbola baxmışam. Məşhur idmançılara pərəstiş etmişəm. Zinəddin Zidanı çox izləyirdim. Bundan başqa basketbolçu Maykl Cordanı izləyirdim. Hər zaman mənim də qibtə etdiyim məşhur idmançılar olub. Uşaqlar Formula 1-i sevirlər. Bəlkə özləri də pilot olmaq istəyirlər? Onları həvəsləndirə bilsəm, bu mənim üçün böyük uğur olar.
- Karyeranızı bitirməzdən əvvəl hansı komandada iştirak etmək istərdiniz?
- Formula 1-lə vidalaşdıqdan sonra bu yarışa əlvida deyəcəm. 3 yaşımdan başlamışam və indi də 34 yaşım var. 31 il yetərli dövrdür. 19 yaşımdan peşəkar pilot kimi çıxış etmişəm. Ancaq bu sürət xoşuma gəlir. Yaşadığım ərazidə gələcəyin pilotlarını yetişdirmək istərdim.
- Similuatorları sınaqdan keçirmisiniz?
- Similuatorlar hələ olmayıb. Döngələrə baxmışam. Proqram yaxşı qurulub, çevrə maraqlıdır. Yarışda 2-3 həftə əvvəl Mclarenin zavoduna baş vuracağam.
- Trasın bəzi hissələri qədim abidələrin yanından keçir. Maşınlar nə dərəcədə Qala divarlarına təsir edə bilər?
- Bu təşkilatçılara aid olan məsələdir. Ancaq fikrimcə heç bir təsir etməyəcək və təsir dərəcəsi sıfıra bərabərdir. Hər şey gözəl təşkil edilir. Bunlar təşkilatçılığın qarşısında olan məsələlərdir ("Report").