
Rusiyanın Obninsk şəhərində yarış zamanı Smolensk vilayətindən olan motokrosçu ölüb.
Sportnet.az-ın AutoCity.az-a istinadən verdiyi məlumata görə, İstintaq Komitəsi dünyasını dəyişənin 54 yaşlı kişi olduğunu açıqlayıb. İlkin məlumatlarda bildirilir ki, qəza motosikletin nasazlığı səbəbindən baş verib. İdmançı onun ön hissəsindən çevrilib. O, həyatda qalması mümkün olmayan zədələr alıb. Hadisə yerindəki təcili yardım əməkdaşları motosikletçinin ölümünü qeydə alıblar.
Hazırda təhqiqatçılar şahidləri dindirir, lazımi sənədləri götürür və ekspert araşdırmaları təyin edirlər.
Qeyd edək ki, motokross yarışı Şəhər gününə həsr olunub. Şəhər administrasiyası mübarizəyə 5 - 70 yaşlı 400 iştirakçının qatıldığını açıqlayıb.