İdman
tarixinin ən bahalı müqaviləsi gerçəkləşib. Sportnet.az-ın məlumatına görə, Amerika
Beyzbol Liqasında "Mayami Marlins” klubunun
formasını geyinən Stanton
müqaviləsini 325 milyon dollar qarşılığında 13 il uzadıb.
Bu müqavilə
ilə Stanton indiyə
kimi bu rekordun sahibi digər beyzbolçu Miquel Kabreranı arxada qoymuş oldu. Kabreranın
rekordu 292 milyon dollar idi.
Klubla idmançı arasında bağlanan ən bahalı müqavilələrin sıralamasında ilk 30yerdən 28-nin beyzbolçu olması diqqət çəkir. 2007-ci ildə Ferrari Formula 1 komandası ilə 3 illik müqavilə bağlayan Kimi Raikkonen 153 milyon dollarla sıralamada 22-ci yerdı gedir. "Real”ın ötən mövsümün əvvəlində 91 milyon dollar ödəyərək heyətinə qatdığı Qaret Beyl isə 27-ci sıradadır.