Azərbaycan Radiosunun qonağı Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) rəhbəri Qabil Mehdiyev olub. Sportnet.az xəbər verir ki, Q.Mehdiyev yeni yaradılan federasiyanın Gənclər və İdman Nazirliyi (GİN) və ya AFFA-ya tabe olması ilə bağlı iddialarla razılaşmadığını bildirib.
Onun sözlərinə görə, AİJF qeyri-kommersiya hüquqi şəxs, ictimai birlikdir: "Nə GİN, nə də AFFA-ya tabeyik. AFFA kimi AİJF də ayrı qurumdur, bərabərhüquqlu təşkilatdır. AİJF-nin idarə heyətində GİN və AFFA-dan nümayəndələrin olması, bizim qurumun adıçəkilən digər qurumlara tabe olmasının göstəricisi deyil. Dünyanın bir çox ölkəsində AİJF kimi təşkilatlar var və onlar da ölkələrinin ayrı-ayrı qurumları, xüsusilə də futbol federasiyaları ilə əməkdaşlıq edir. Bu, onların müstəqil fəaliyyətinə mane olmur".