"Formula 1"in rəsmi saytı Azərbaycan, Sinqapur və Yaponiya Qran-prilərinin ləğvinin səbəbini açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, bu addımın promouterlərin sözügedən ölkələrdə müxtəlif problemlərlə üzləşmələri ilə əlaqədar atıldığı bildirilib.
Qeyd olunub ki, Sinqapur və Azərbaycanda küçə traslarının qurulması uzun müddət tələb edir. Bu da qeyri-müəyyənlik dövründə tədbirlərin keçirilməsinə imkan vermir. Yaponiyada isə səyahət məhdudiyyətləri yarışın davam etdirilməməsi qərarına səbəb olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli olsa da, qeyri-müəyyən müddətədək təxirə salınmışdı. Bu gün isə yarışın ləğv olunduğu açıqlanıb.