1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çingiz Hüseynzadə: "İslam Oyunlarında 19-20 idman növü olacaq"
"Bu gün böyük bir tədbir həyata keçirilir. Bu bizim üçün çox fərəhli bir gündür". Sportnet.az-ın məlumatına görə, bu sözləri Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə bağlı bu gün keçirilən müqavilənin imzalanması mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
Azərbaycanın bütün İslam Oyunlarında iştirakını qonaqların diqqətinə çatdıran Ç.Hüseynzadə yarışlarda hər kəsə uğurlar arzulayıb: "Azərbaycan bütün İslam Oyunlarında fəal iştirak etmiş və böyük nəticələr qazanmışdır. Bu oyunların Azərbaycan üçün böyük əhəmiyyti var".
Vitse-prezident idman yarışlarında hansı idman növlərinin olacağını və tarixini açıqlayıb: "Yarış may ayında keçiriləcək. Amma dəqiq vaxtını müəyyənləşdirmək Ramazan ay ilə əlaqədardır. Bu səbəbdən biz Ramazandan əvvəl keçirməyi qərara almışıq. Təxminən 19-20 idman növü olacaq. Ancaq I Avropa
Oyunlarında olmayan növlər də olacaq ki, buna ağırlıqqaldırmanı misal göstərmək olar. Bu oyunlarda milli idman növü olan zorxananın da təqdimatınıkeçirəcəyik".