Para-pauerliftinq üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub.
Milli Paralimpiya Komitəsindən Sportnet.az-a verilən məlumata görə, bu vəzifə Elşən Hüseynova həvalə edilib.
Mütəxəssis bu postda İlqar İbişovu əvəzləyib.
O, 243 kq nəticə ilə dünya rekordçusudur. Hüseynov Pekin-2008, London-2012, Rio-2016 və Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycan yığmasının tərkibində iştirak edib.