"Formula 1" üzrə Yaponiya Qran Prisindən sonra "Red Bull" pilotu Maks Ferstappen ardıcıl ikinci il dünya çempionu titulunu təmin edib.
Sportnet.az-ın məlumatına görə, niderlandlı sürücü ən yaxın izləyicisi ilə xal fərqini 113-ə çatdırıb.
Vitse-çempion titulu uğrunda mübarizədə Ferstappenin komanda yoldaşı Serxio Peres "Ferrari"dən Şarl Lekleri cəmi 1 xal qabaqlayır.
1. Maks Ferstappen ("Red Bull") - 366
2. Serxio Peres ("Red Bull") - 253
3. Şarl Lekler ("Ferrari") - 252
4. Corc Rassell ("Mercedes") - 207
5. Karlos Sayns ("Ferrari") - 202
6. Lüis Hemilton ("Mercedes") - 180
7. Lando Norris ("Maklaren") - 101
8. Esteban Okon ("Alpine") - 78
9. Fernando Alonso ("Alpine") - 65
10. Valtteri Bottas ("Alfa Romeo") - 46
11. Sebastyan Fettel ("Aston Martin") - 32
12. Daniel Rikkardo ("Maklaren") - 29
13. Pyer Qasli ("Alfa Tauri") - 23
14. Kevin Maqnussen ("Haas") - 22
15. Lens Stroll ("Aston Martin") - 13
16. Mik Şumaxer ("Haas") - 12
17. Yuki Tsunoda ("Alfa Tauri") - 11
18. Quanyuy Çjou ("Alfa Romeo") - 6
19. Aleksander Albon ("Uilyams") - 4
20. Nikolas Latifi ("Uilyams") - 2
21. Nik de Vris ("Uilyams") - 2
22. Niko Hülkenberq ("Aston Martin") - 0
Konstruktorlar Kubokunda isə titul uğrunda mübarizə davam edir. Lakin "Red Bull" və "Ferrari" arasında fərq 165 xala çatıb. Bu məsələnin gələn mərhələdə həllini tapacağı ehtimal olunur. Üçüncü yerdə isə "Mercedes" qərarlaşıb.
1. "Red Bull" - 619
2. "Ferrari" - 454
3. "Mercedes" - 387
4. "Alpine" - 143
5. "Maklaren" - 130
6. "Alfa Romeo" - 52
7. "Aston Martin" - 45
8. "Haas" - 34
9. "Alfa Tauri" - 34
10. "Uilyams" - 6
Qeyd edək ki, növbəti Qran Pri 21 - 23 oktyabrda ABŞ-da olacaq.