1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Məşhur idman qəzetinin 20 əməkdaşı işdən çıxarıldı
Rusiyanın məhşur "Sport-Ekspress" qəzetinin rəhbərliyi redaksiyanın 20 əməkdaşının işdən çıxarıldığını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, baş redaktor səlahiyyətlərinin icrasından kənarlaşdırılan Dmitri Kuznetsov işdən rəsmən azad olmanın iyunda həyata keçiriləcəyini bildirib.
Aprelin əvvəlində redaksiya daxilində jurnalıistlərin həmkarlar ittifaqı yaradılıb. Burada işçilər maaşlarının daim gecikdirilməsindən və menecment işindən narazılıqlarını bildiriblər. Nəşrin sahibləri aprelin 8-də Kuznetsovu işdən azad ediblər. Hazırda onu "Bina qəzalı vəziyyətindədir" deyərək, şəxsi otağına buraxmırlar. Baş redaktor vəzifəsinin müvəqqəti icrası qəzetin futbol bölməsinin rəhbəri Maksim Maksimova həvalə olunub.
"Çərşəmbə günü redaksiyanın elanlar lövhəsində hokkey bölməsinin bütün əməkdaşlarının, eləcə də bir neçə şərhçinin və digər bölmələrdən bir neçə işçinin kütləvi ixtisarına dair əmr asılıb"- deyə Kuznetsov bildirib.
Kuznetsovun 3 müavini, informasiya, idman oyunları və statistika şöbəsinin redaktor müavinləri də işdən azad edilib. Bütün işdən çıxarılmış əməkdaşlar iyunun ortasına kimi səlahiyyətlərini yerinə yetirəcəklər.
Qeyd edək ki, "Sport-Ekspress" 1991-ci ildə qurulmuş gündəlik idman qəzetidir.