"Formula 1" üzrə SOCAR Azerbaycan Qran-prisinin sıralama turunda növbəti qəza baş verib.
Sportnet.az-ın məlumatına görə, “Ferrari”nin pilotu Şarl Lekler trekin ən ensiz hissəsində idarəetməni itirərək təhlükəsizlik baryerinə çırpılıb. Sıralama turunda “Williams” komandasının pilotu Robert Kubitsa da eyni qəzanı törədib.
Qeyd edək ki, sıralama turunun nəticəsinə əsasən, sabah keçiriləcək əsas yarışda pilotların düzülüşü müəyyənləşir.