Bu gün sevincimin həddi-hüdudu yoxdur. Çox xoşbəxtəm. Çox insan inanmırdı – məşqçilər, federasiya rəhbərliyi.
Sportnet.az xəbər verir ki, bunu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa Çempionatında 66 kq çəki ilə bürünc medal qazanan Turan Bayramov yarışa ezam olunmuş jurnalistlərə açıqlamasında deyib.
24 yaşlı idmançı yeni çəkidəki üçüncü yarışında əldə etdiyi nailiyyəti yüksək qiymətləndirib:
"Keçən ay Tbilisidə Böyük Dəbilqədə gümüş medal qazanmışdım. Düşündüm ki, 60 kq-da edə bilmədiklərimi 66 kq-da daha rahat edirəm. Şükürlər olsun ki, bu yarışda da hazırlığım yüksək səviyyədə idi. Üstəlik, gec xəbərim olmuşdu, çünki digər idmançı zədələndiyi üçün heyətə adım daxil edildi".

















































































