1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Abakarova finalda uduzdu - YENİLƏNDİ
İsveçrənin Montrö şəhərində keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 4 taekvondoçusu mübarizəyə qoşulub. Sportnet.az-ın məlumatına görə, onlardan 2-si kişi, 2-si qadın olub.
53 kq çəki dərəcəsində yer alan qadın taekvondoçularımızdan biri üçün yarış erkən başa çatıb. Gülhanım Yeşildağ ilk görüşdəcə rusiyalı Tatyana Kudaşovaya 1:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. Əvəzində eyni çəkidəki 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya sahibi Patimat Abakarova isə yalnız finalda uduzaraq, gümüş medala yiyələnib. Həlledici qarşılaşmada o, rusiyalı Tatyana Kudaşovaya minimal fərqlə yenilib.
Kişilərin mübarizəsində isə Məhəmməd Məmmədov (63 kq) və Ayxan Tağızadə (68 kq) mübarizəni 1/4 finalda dayandırıb.
Avropa çempionatı
Qadınlar
53 kq
1/16 final. Patimat Abakarova - İnese Tarvida ((Latviya) - 3:0
1/8 final. Patimat Abakarova - Draqana Qladoviç (Serbiya) - 6:2
1/4 final. Patimat Abakarova - Despina Pilavaki (Kipr) - 3:1
1/2 final. Patimat Abakarova - Florian Liborio (Fransa) - 4:2
FİNAL. Patimat Abakarova - Tatyana Kudaşova (Rusiya) - 3:4
1/16 final. Gülhanım Yeşildağ - Tatyana Kudaşova (Rusiya) - 1:3
63 kq
1/16 final. Məhəmməd Məmmədov - Orhan Güler (Türkiyə) - 9:3
1/8 final. Məhəmməd Məmmədov - Sergey Avanesov (Ermənistan) - 3:0
1/4 final. Məhəmməd Məmmədov - Joel Bonilya Qonsales (İspaniya) - 0:1
68 kq
1/16 final. Ayxan Tağızadə - Denis Kulibiks (Latviya) - 14:2
1/8 final. Ayxan Tağızadə - Konstantinos Xamalidisi (Yunanıstan) 6:2,
1/4 final. Ayxan Tağızadə - Sergey Vardazaryan (Ermənistan) - 0:1