1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dünya çempionatında 1 qızıl, 3 gümüş medal
Yunanıstanın paytaxtı Afinada keçirilən yeniyetmələr arasında dünya çempiotında Azərbaycan güləşçiləri daha 4 medal qazanıb. Sportnet.az-ın məlumatına görə, sərbəst güləşçilərin 5 çəki dərəcəsi üzrə final görüşləri bu gün keçirilib.
Onlardan 4-ü Azərbaycan pəhləvanlarınının iştirakı ilə olub. 42 kq çəki dərəcəsində mübarizə aparan Əlihəsən Əmirli həlledici qarşılaşmada özbəkistanlı Umidjon Jalolovu 1:0 hesabı ilə yenərək, qızıl medala sahib olub. Əvəzində Mahir Məmmədzadə (50 kq) finalda rusiyalı Fyodor Boltuyevə 7:9, Turan Bayramov (58 kq) yaponiyalı Ryuto Sakakiyə 2:3, Davud İbrahimov (69 kq) isə ABŞ təmsilçisi Uilyam Frensis Levana 1:3 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.
Qeyd edək ki, bu gün daha 5 çəki dərəcəsində qüvvəsini sınayan Azərbaycan güləşçilərindən heç biri finala yüksələ bilməyib.