
Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında Azərbaycan sərbəst güləşçisi Murad Süleymanov və belaruslu Əli Şabanov arasında keçirilən bürünc medal uğrunda görüşdə maraqlı hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, 86 kq çəki dərəcəsində baş tutmuş qarşılaşma Şabanovun 11:2 hesablı qələbəsi ilə yekunlaşıb. Süleymanov isə hakimin ona qarşı ədalətsizlik etdiyi qənaətinə gəlib. O, bir fəndinə xal verilmədiyini və cərimə xalı aldığını gördükdən sonra ruhdan düşüb. Qarşılaşmanın sonlarında azərbaycanlı pəhləvan güləşmək istəməyib. Görüşün ardından isə o, referiyə əl uzatmaqdan boyun qaçırıb. Bu səbəbdən, hakim Süleymanova sarı vərəqə göstərib.
Məhz bundan sonra azərbaycanlı sərbəst güləşçi hakimə könülsüz əl uzadıb.