Azərbaycanın taekvondo millisi Böyük Britaniyanın Mançester şəhərində start götürən dünya çempionatının ilk gününü medalsız başa vurub.
Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə yığmanın heyətində Qaşım Maqomedov dayanq üzərinə çıxıb. 58 kq çəki dərəcəsində yarışan idmançı mübarizəyə 1/32 final mərhələsindən başlayıb.
Maqomedov 1/4 finala kimi irəliləsə də, bu raundda Portuqaliya təmsilçisi Ruy Braqansaya uduzub - 4:7.
Qeyd edək ki, Azərbaycan yığması 5 gün keçirilək mundialda 10 taekvondoçu ilə təmsil olunur.