İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə Avropa çempionatının 6-cı yarış günündə son 5 çəki dərəcəsində mübarizəyə start verilib.
Sportnet.az-ın məlumatına görə, bu gün sərbəst güləşçilər 61 kq, 74 kq, 86 kq, 92 kq və 125 kq çəkilərdə qüvvələrini sınayıblar. Azərbaycan bu çəkilərin hamısında təmsil olunub.
Onlardan heç biri finaladək irəliləyə bilməyib. İntiqam Vəlizadə (61 kq) yarımfinalda, Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq), Aslanbek Alborov (92 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) daha erkən mərhələlərdə uduzublar. Lakin rəqibləri finaladək irəlilədikləri üçün onların hamısı bürünc medal şanslarını qoruyurlar. Medal görüşləri fevralın 16-da keçiriləcək.
Qeyd edək ki, daha əvvəl Azərbaycan yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub. Milli tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Yığma 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub.
Qadın güləşçilərdən Elis Manolova (65 kq) gümüş, Tatyana Omelçenko (62 kq) isə bürünc medal qazanıb.Azərbaycan yığması bu növdə 65 xalla 7-ci yeri tutub.
Sərbəst güləşçilərdən Ağahüseyn Mustafayev (70 kq) bu gün Polşa təmsilçisi Maqomedmurad Hacıyevlə qızıl medal görüşünə çıxacaq. Əli Rəhimzadə (65 kq) və Cəbayıl Həsənov (79 kq) bürünc medal uğrunda qarşılaşmada müvafiq olaraq Maksim Sakultan (Moldova) / İsmayıl Musukayev (Macarıstan) və Batuhan Demircin (Türkiyə) / Axşarbek Qulayev (Slovakiya) cütünün qalibləri ilə üz-üzə gələcəklər. Nurməhəmməd Hacıyev (97 kq) isə təsəlliverici görüşdə Məhəmmədhacı Nurov (Makedoniya) / İbrahim Bölükbaşı (Türkiyə) cütünün qalibi ilə qüvvəsini sınayacaq.
Avropa çempionatı
Sərbəst güləş
15 fevral
61 kq
1/4 final. İntiqam Vəlizadə - Hamza Alaca (Türkiyə) - 9:5
1/2 final. İntiqam Vəlizadə - Beka Lomtadze (Gürcüstan) - 1:2
Bürünc medal görüşü. İntiqam Vəlizadə - Nikolay Oxlopkov (Rumıniya) / Leomid Kolesnik (Moldova) cütünün qalibi
74 kq
Təsnifat. Hacımurad Hacıyev - Patrik Kriştof Olenjin (Polşa) - 12:2
1/8 final. Hacımurad Hacıyev - Frank Çamizo (İtaliya) - 0:5
Təsəlliverici görüş. Hacımurad Hacıyev - Söner Demirtaş
86 kq
Təsnifat. Abubakr Abakarov - İvars Samusonoks (Latviya) - 10:0
1/8 final. Abubakr Abakarov - Artur Nayfonov (Rusiya) - 2:8
Təsəlliverici görüş. Abubakr Abakarov - Axmed Adamoviç Maqamayev (Bolqarıstan)
92 kq
Təsnifat. Aslanbek Alborov - Bendequz Tot (Macarıstan) - 11:0
1/4 final. Aslanbek Alborov - Süleyman Karadeniz (Türkiyə) - 1:11
Təsəlliverici görüş. Aslanbek Alborov - Simone Yannattoni (İtaliya)
125 kq
Təsnifat. Camaləddin Məhəmmədov - Elhad Hukiç (Bosniya və Herseqovina) - 11:0
1/8 final. Camaləddin Məhəmmədov - Tanju Gemici (Türkiyə) - 11:0
1/4 final. Camaləddin Məhəmmədov - Robert Baran (Polşa) - 2:12
Təsəlliverici görüş. Camaləddin Məhəmmədov - Johannes Ludoşer (Avstriya)