Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında Azərbaycan millisinin daha bir boksçusu yarımfinalda iştirakını rəsmiləşdirib.
Sportsnet.az xəbər verir ki, Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq) və Cəlal Qurbanovun (63,5) ardınca Nəbi İsgəndərov (67 kq) da 1/4 final döyüşünü qələbə ilə bitirib. Əvvəlki mərhələlərdə Luka Nikabadze (Gürcüstan) və Alen Ahmetoviçi (Xorvatiya) məğlub edən boksçu Hüqo Qraudan (Fransa) da güclü olub. İsgəndərov görüşü vaxtından əvvəl hesabına yazaraq, tam üstünlüklə qalib gəlib.
Bununla da özü üçün artıq bürünc medalı təmin edən İsgəndərov sabah keçiriləcək yarımfinalda Danimarkanı təmsil edən Nikolay Tərtəryanla üz-üzə gələcək.
Azərbaycanlı digər boksçu Maqsud Xasmetov (57 kq) isə Taha Akkoyunla (Türkiyə) qarşılaşıb və rəqib mərhələ adlayıb.