
Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 97 kq çəki dərəcəsindəki Məhəmmədxan Məhəmmədov polşalı Matyuş Baranovski ilə qarşılaşıb.
Rəqibinə 6:4 hesabı ilə qalib gələn Məhəmmədov adını finala yazdırıb. O, qızıl medal uğrunda qarşılaşmada macarıstanlı Vladislav Baytsayevlə üz-üzə gələcək.
Beləliklə, Azərbaycanın bu gün mübarizəyə qoşulan 5 sərbəst güləşçisindən 4-ü finala vəsiqə qazanıb. Məhəmmədovla yanaşı, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal uğrunda qüvvəsini sınayacaq.
-----------------------------
Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 70 kq-da yer alan Zirəddin Bayramov finala gedən yolda Gürcüstan təmsilçisi Zurabi Yakobişvili ilə qarşılaşıb.
Rəqibinə 3:4 hesabı ilə uduzan Bayramov bürünc medal uğrunda mübarizə aparacaq.
-------------------------------
Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 65 kq-da çıxış edən Hacı Əliyev yarımfinalda moldovalı Maksim Sakultanla üz-üzə gəlib.
Rəqibini 12:2 hesabı ilə məğlub edən 3 qat Avropa və 3 qat dünya çempionu qızıl medal uğrunda qarşılaşmada macarıstanlı İsmail Musukayevi sınağa çəkəcək.
---------------------------------
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində rəqib gürcüstanlı Beka Bujiaşvili olub.
1 dəqiqə 15 saniyə ərzində tam üstünlüklə (10:0) qələbə qazanan Rzazadə adını finala yazdırıb. Onun həlledici qarşılaşmadakı rəqibi Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorov olacaq.
-----------------------------------
Azərbaycanın beş sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə ardıcıl olaraq Levan Metreveli (İspaniya) və Mikyay Salim Naimi (Bolqarıstan) məğlub edib.
65 kq-da yarışan 3 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev mübarizəyə 1/4 finaldan qoşulub. Yarışın reytinq favoriti olan 31 yaşlı idmançı bu mərhələdə Munir Aktaşı (Türkiyə) yenib.
Zirəddin Bayramov (70 kq) 1/8 finalda Daniel Antalı (Macarıstan), daha sonra Fati Veyseli (Şimali Makedoniya), Əşrəf Aşırov (79 kq) isə Miroslav Kirov (Bolqarıstan) ilə Arman Avaqyanı (Ermənistan) məğlubiyyətə uğradaraq yarımfinala adlayıb.
97 kq-dak Məhəmmədxan Məhəmmədov ilk görüşündə Lukas Krasauskasdan (Litva), ardınca Elizbar Odikadzedən (Gürcüstan) güclü olub.
Beləliklə, Azərbaycanın bu gün mübarizəyə qoşulan bütün sərbəst güləşçiləri yarımfianala vəsiqə qazanıb.
Rzazadə finala gedən yolda Beka Bujiaşvili (Gürcüstan) ilə, Əliyev Maksim Sacultanla (Moldova), Bayramov Zurabi İakobişvili ilə (Gürcüstan), Aşırov Vladimeri Qamkrelidze ilə (Gürcüstan), Məhəmmədov Zbiqnev Matyuş Baranovski (Polşa) ilə görüşəcək.
------------------------------------------
Bu gün Azərbaycanın beş sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə təsnifat mərhələsində ispaniyalı Levan Metreveli ilə üz-üzə gələcək.
65 kq-da yarışan 3 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev mübarizəyə 1/4 finaldan qoşulacaq. Yarışın reytinq favoriti olan 31 yaşlı idmançının bu mərhələdə rəqibi Munir Aktaş (Türkiyə) - Kuentin Stiker (Fransa) görüşünün qalibi olacaq.
Zirəddin Bayramov (70 kq) 1/8 finalda macarıstanlı Daniel Antalın müqavimətini qırmağa çalışacaq. Əşrəf Aşırov (79 kq) eyni raundda bolqarıstanlı Miroslav Kirovu sınağa çəkəcək.
Məhəmmədxan Məhəmmədov (97 kq) isə təsnifat mərhələsində litvalı Lukas Krasauskasa qalib gəlməyə çalışacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.
Avropa çempionatı
57 kq.
Təsnifat. Əliabbas Rzazadə - Levan Metreveli (İspaniya) - 7:0
1/4 final. Əliabbas Rzazadə - Mikyay Salim Naim (Bolqarıstan) - 9:6
1/2 final. Əliabbas Rzazadə - Beka Bujiaşvili (Gürcüstan)
65 kq.
1/4 final. Hacı Əliyev - Munir Aktaş (Türkiyə) - 12:6
1/2 final. Hacı Əliyev - Maksim Sacultan (Moldova)
70 kq.
1/8 final. Zirəddin Bayramov - Daniel Antal (Macarıstan) - 10:6
1/4 final. Zirəddin Bayramov - Fati Veyseli (Şimali Makedoniya) - 9:4
1/2 final. Zirəddin Bayramov - Zurabi İakobişvili (Gürcüstan)
79 kq.
1/8 final. Əşrəf Aşırov - Miroslav Kirov (Bolqarıstan) - 9:0
1/4 final. Əşrəf Aşırov - Arman Avaqyan (Ermənistan) - 11:0
1/2 final. Əşrəf Aşırov - Vladimeri Qamkrelidze (Gürcüstan)
97 kq.
Təsnifat. Məhəmmədxan Məhəmmədov - Lukas Krasauskas (Litva) - 12:2
1/4 final. Məhəmmədxan Məhəmmədov - Elizbar Odikadze (Gürcüstan) - 14:7
1/2 final. Məhəmmədxan Məhəmmədov - Zbiqnev Matyuş Baranovski (Polşa)