Azərbaycanın qadın güləşçisi Leyla Qurbanova Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında təsəlliverici görüşə çıxmayacaq.
Azərbaycan Güləş Federasiyasından Sportnet.az-a verilən məlumata görə, 53 kq çəki dərəcəsində çıxış edən idmançı zədəsi ciddi olduğu üçün mübarizəni dayandırıb.
Qurbanovanın ötən gün Xulan Batxuyaqla (Monqolustan) 1/4 final görüşündə çiyni çıxıb. Daha sonra ona tibbi müdaxilə olunub.
Güləşçi təsəlliverici qarşılaşmada Vineş Vineş (Hindistan) / Juldiz Eşimova (Qazaxıstan) cütünün qalibi ilə üz-üzə gəlməli idi.
Qeyd edək ki, bu gün Azərbaycanın daha iki qadın güləşçisi dünya çempionatında mübarizəyə başlayacaq. 65 kq-dakı Elis Manolova isə təsəlliverici görüşdə Aslı Demirlə (Türkiyə) görüşəcək.