Azərbaycan güləş ailəsi ağır itki ilə üzləşib.
Sportnet.az xəbər verir ki, əməkdar məşqçi Bahadur Həziyev bu gün dünyasını dəyişib.
Yunan-Roma güləşi üzrə ölkə çempionu 52 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.
Azərbaycan Güləş Federasiyası mərhumun ailə üzvlərinə və bütün güləş ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.