Kanadanın Monreal şəhərində boks gecəsi keçirilib.
Sportnet.az xəbər verir ki, gecənin əsas döyüşündə WBC, IBF və WBO üzrə dünya çempionu yüngül ağır çəkili (79,4 kq) rusiyalı Artur Beterbiyev (19-0, 19 KO) britaniyalı Kallum Smit (29-1, 21 KO) ilə qarşılaşıb.
Görüş Beterbievin yeddinci raundda nokautla qalib gəlməsi ilə yekunlaşıb. Artur bir neçə saniyə ərzində ardıcıl iki dəfə rəqibini yıxıb, bundan sonra britaniyalının məşqçiləri rinqə ağ dəsmal atmalı olub.
Peşəkar karyerası ərzində Beterbiyev 20 döyüş keçirib, bu görüşlərin hər birində nokautla qələbə qazanıb. Smit isə 29 dəfə rinqdən qalib ayrılıb, iki dəfə məğlubiyyətə üzülüb.
Bu görüşdən əvvəl isə digər rusiyalı İmam Xatayev Polşa təmsilçisi Mixal Lüdviçakla qarşılaşıb və ikinci raundda nokautla qalib gəlib.