Gürcüstanın Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin
şərəfinə yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir
keçirilib. Sportnet.az-ın AzərbaycanGüləş Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, turnirdə məşqçilər
Akif Əliyev və Zöhrab Abbasovun rəhbərliyi altında yunan-Roma güləşi üzrə
gənclərdən ibarət yığma komandamızın üzvləri iştirak edib.
Güləşçilərimiz
3 gümüş və 3 bürünc medal qazanaraq 7 ölkə təmsilçilərinin iştirak etdiyi
yarışda komanda hesabında Gürcüstandan sonra ikinci yerdə qərarlaşıb. İran 3-cü, Türkiyə güləşçiləri isə 4-cü yeri
tutub.
Təmsilçilərimizdən Əli Məmmədov (55 kq), Zamir Məhəmmədov (96 kq) və Əli
Həsənov (120 kq) finala qədər maneəsiz irəliləsələr də, həlledici qarşılaşmada
uduzub və gümüş medalla kifayətlənib. Mikayıl Rəhmanov (60 kq), Orxan Məmmədli
(66 kq) və Elton Vəzirzadə (84 kq) isə yığmamıza bürünc medal qazandırıb.
Qeyd
edək ki, görüşlərin idarə edilməsində
ölkəmizi beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |