"Qarabağ" qış "transfer pəncərəsi"ndə müdafiə xəttini gücləndirməkdə israrlıdır.
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisi "Botev"in (Plovdiv) futbolçusu Antuan Konteni heyətinə qatmaq istəyir. Bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.
Klublar arasında danışıqlar başlayıb. "Transfermarkt" portalı qvineyalı stoperin qiymətini 700 min avro olaraq dəyərləndirib.
Qeyd edək ki, Kontenin "Botev"lə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. 30 yaşlı mərkəz müdafiəçisi cari mövsüm Bolqarıstan çempionatında 15 oyun keçirib. O, daha sonra ölkə kubokunun görüşündə ehtiyatda qalıb, liqanın son matçında isə iştirak ərizəsinə düşməyib. Qvineya yığmasında 20 oyunda meydana çıxan Konte vaxtilə Fransanın aşağı yaş millilərində də çıxış edib.