Türkiyənin "Trabzonspor" klubu Şimali Makedoniyadan olan futbolçu Enis Bardi ilə yolları ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər. Anlaşmaya əsasən, futbolçuya təzminat ödənilməyəcək.
Qeyd edək ki, yarımmüdafiəçi 2022-ci ildən Trabzon komandasının formasını geyinirdi. Onun müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər idi. Komanda hazırda turnir cədvəlində 22 xalla 10-cu pillədə qərarlaşıb.