Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) Panama Futbol Federasiyasının prezidenti Manuel Ariası milli komandanın qadın futbolçusunu təhqir etdiyinə görə vəzifəsindən kənarlaşdırıb.
Sportnet.az xəbər verir ki, bu barədə Panama Futbol Federasiyasının Mətbuat xidməti məlumat yayıb.
Cəza müddəti altı ay davam edəcək və iyulun 14-də başa çatacaq.
AFP xəbər verir ki, millinin futbolçusu Marta Koksu Panama qadın futbol liqasını tənqid etdikdən sonra Arias Panama mediasına müsahibəsində onu kök adlandırıb. Federasiyanın bəyanatında Ariasın ciddi səhv etdiyi bildirilərək ictimaiyyətdən üzr istəməsi qeyd olunub.