Türkiyənin “Trabzonspor” komandası Ukrayna millisinin və “Şaxtyor”un futbolçusu Daniil Sikan ilə anlaşıb.
Sportnet.az xəbər verir ki, bu barədə 23 yaşlı hücumçunun özü məlumat verib. Futbolçu tezliklə müqavilə bağlayacağını bildirib.
Daniil Sikan bu mövsüm “Şaxtyor”un heyətində 18 oyunda 4 qol vurub. O, Ukrayna millisində keçirdiyi 7 matçda 1 qolla yadda qalıb.