Ötənlərin tanınmış qapıçısı Orxan Sadıqlı II Liqa klubu "Şəmkir"ə keçib.
Sportnet.az xəbər verir ki, 31 yaşlı qolkiperlə 1 illik müqavilə bağlanılıb. O, komandaya baş məşqçi Vüqar Nadirovun istəyi ilə cəlb olunub.
Sadıqlı ötən mövsüm Azərbaycan Premyer Liqasında “Sumqayıt”da çıxış edib. Daha sonra o, Nadirovun istəyilə “Hypers Quba”ya transfer olunub. Lakin baş məşqçi tezliklə Quba komandasından ayrılaraq, "Şəmkir"ə üz tutub. Beləliklə, təcrübəli qolkiper yenidən onunla çalışmağa razılıq verib.
Qeyd edək ki, “Xəzər-Lənkəran”ın yetirməsi olan Orxan Sadıqlı Azərbaycan Premyer Liqasında “İnter”, “Keşlə”, “Zirə” və “Kəpəz” komandalarının da formasını geyinib. O, Azərbaycanın U-21 yığmasının da üzvü olub.