"Neftçi" Misli Premyer Liqasında "Şamaxı"nı məğlub edib.
Sportnet.az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv XXI turda 1:0 hesabı ilə qalib gəlib.
45+4-cü dəqiqədə Emin Mahmudov penaltini dəqiq yerinə yetirib.
Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran Bakı klubu 7-ci pillədə qərarlaşıb. Qonaqlar 17 xalla 9-cu sıradadır.
Günün ilk matçında "Kəpəz" "Sabah"ı 3:2 hesabı ilə üstələyib.
Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.
Misli Premyer Liqası
XXI tur
31 yanvar (cümə)
18:30. “Neftçi” – “Şamaxı” - 1:0
Qol: Emin Mahmudov, 45+4 (p.)
Baş hakim: Rəşad Əhmədov