Misli Premyer Liqasının XXI turunda "Sumqayıt" "Araz-Naxçıvan"la heç-heçə edib.
Sportnet.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda baş tutan oyunda hesab açılmayıb.
"Araz-Naxçıvan" 43 xalla turnir cədvəlində ikinci, "Sumqayıt" isə 22 xalla altıncıdır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Turan Tovuz" - "Səbail" matçında isə qalib müəyyənləşməyib - 1:1.
Misli Premyer Liqası
XXI tur
1 fevral
18:30. “Sumqayıt” – “Araz-Naxçıvan” - 0:0
Baş hakim : Cavid Cəlilov