
UEFA-nın bayrağı altında keçiriləcək avrokubok turnirlərinin qarşıdakı oyunları 1 dəqiqəlik sükutla başlayacaq.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, gənclər və qadınlar arasında Çempionlar Liqasının bu həftə, klublar arasında avrokubok oyunlarının 29 aprel - 1 mayda keçiriləcək yarımfinal qarşılaşmalarından əvvəl Roma Papası Fransiskin xatirəsi anılacaq.
Qeyd edək ki, Roma Papası Fransisk apreli 21-də 88 yaşında ikən dünyasını dəyişib. O, futbol pərəstişkarı və Argentinanın "San-Lorenso" komandasının azarkeşi olub.