
"Sumqayıt" klubu futbolçusu İsa Sulimanla müqavilənin müddətini uzadıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə qüvvədə olan sözləşmə daha 2 il müddətinə artırılıb.
Qeyd edək ki, 2023/2024 mövsümündən komandada çıxış edən ingiltərəli oyunçu Misli Premyer Liqasında 27, Azərbaycan Kubokunda 2 matçda meydanda olub. O, bu qarşılaşmalarda 4 qola imza atıb.