
AFFA İntizam Komitəsi II Liqada XXIV turun “Şəfa” – “Şahdağ Qusar” oyununda baş verənlərlə bağlı cəzalar yağdırıb.
Sportnet.az xəbər verir ki, hər iki kluba cərimələr tətbiq olunub.
“Şəfa” klubu 4 futbolçusu sarı vərəqə aldığı üçün 70 manat, oyununun ilk hissəsində və matçın ardından meydana kənar şəxslər daxil olduğuna görə 80 manat, azarkeşlərinin pirotexniki vasitədən istifadə etmələri səbəbindən 150 manat cərimə edilib.
"Şahdağ Qusar" isə azarkeşləri meydana kənar əşyalar atdıqları üçün 80 manat, pirotexniki vasitədən istifadə etdiklərinə görə 150 manat ziyana düşüb. Bundan başqa, qusarlı fanatlar "ASK Arena"ya zərər vurublar. Bu zərəri “Şahdağ Qusar” ödəyəcək.
Qeyd edək ki, görüş qolsuz yekunlaşıb - 0:0.