
Türkiyə Superliqasının 35-ci turunda “Fənərbağça” səfərdə 4:1 hesabı ilə “Başakşəhər”i məğlub edib.
Sportnet.az xəbər verir ki, qonaqların heyətində Mert Müldür, Milan Şkrinyar, Youssef En-Nesyri və Oğuz Aydın fəqlənib.
“Fənərbağça” 33 oyundan 78 xalla 2-ci pillədədir. “Başakşəhər” 51 xalla 5-ci sırada mövqe tutub.
Superliqaya 83 xalla (32 oyun) “Qalatasaray” başçılıq edir. “Sarı-qırmızılar” sabah səfərdə “Trabzonspor”la qarşılaşacaq.